TƏBİB-in icraçı diretoru valideynlərə müraciət edib


"Uşaqların disperinzasiyası üçün tibb müəssisələrinə müraciətlər kifayət qədər çox olub. Lakin valideyn istəmədiyi təqdirdə heç kim məcburi bu prosesə cəlb olunmur".

Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqların icbari dispanserizasiyası əslində vətəndaşın xeyrinə olan bir prosesdir: "Burada məqsəd uşaqlarda anadangəlmə yaranmış hər hansısa bir xəstəliyin müəyyənləşdirilməsidir. Həm məktəblilər, həm də müəyyən yaş periodu arasında uşaqlar bu prosesə cəlb olunur. Amma valideyn istəmirsə, uşağı məcburi olaraq dispanserizasiyaya cəlb edə bilmərik. Əslində ilk növbədə valideynin marağında olmalıdır ki, övladının hər hansısa bir xəstəliyini erkən dövrdə aşkar etsin və müvafiq müalicə alsın".

DİGƏR XƏBƏRLƏR

Top