
Bu ilin ilk 5 ayında Azərbaycandan xarici ölkələrə 16 milyard 114 milyon 332,67 min dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixracın 14 milyard 648 milyon 531,16 min dolları və ya 90,9%-i neft-qaz sektorunun payına düşüb.
Son 13 ilin yanvar-may aylarında ümumi ixracda neft-qaz sektorunun payı aşağıdakı kimi olub:
2011 Yanvar-may – 91,34%
2012 Yanvar-may – 93,7 %
2013 Yanvar-may – 92,61 %
2014 Yanvar-may – 93 %
2015 Yanvar-may – 85,97 %
2016 Yanvar-may – 84,77 %
2017 Yanvar-may – 87,17 %
2018 Yanvar-may – 90,74 %
2019 Yanvar-may – 90,69 %
2020 Yanvar-may – 89,65 %
2021 Yanvar-may – 87,78 %
2022 Yanvar-may – 92,29 %
2023 Yanvar-may – 90,9 %
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz