Ticarət dövriyyəsində 9,3 milyard dollarlıq müsbət saldo yaranıb


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 22 milyard 953 milyon dollar olub. 
Yeniavaz.com 
Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,7% artıb.
İdxal əməliyyatları üzrə 6,84 milyard dollar, ixrac əməliyyatları üzrə 16,1 milyard dollar ticarət həcmi qeydə alınıb. 2023-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsində 9,3 milyard dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top