
Sabiq xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun mətbuata verdiyi açıqlama sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Yeniavaz.com xəbər verir ki, o, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edəcəyini bildirib.
Hətta E.Məmmədyarov əsas çempionata gələcək komandaların “Araz Naxçıvan” və “Zaqatala” olacağını deyib.
AFFA-nın baş katibi Sərxan Hacıyev isə jurnalistlərə açıqlamasında Elmar Məmmədyarovun dediklərini təkzib edib.
O, Premyer Liqada komanda sayının artırılmadığını bildirib:
“Ola bilər ki, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.
AFFA da E. Məmmədyarovun dediklərini təkzib edib.
Elmar Məmmədyarov isə açıqlamasına görə təniqd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz