“Orduya güvənmək bizim ən böyük səhvimiz idi?” - Paşinyan


“Müharibə vaxtı mənə yaxın adamlar gəlib mənə deməyə çalışdılar ki, yüksək rütbəli komandir iş görmür”.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün Milli Assambleyada 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib.
“Biz ordu üçün heç nəyi əsirgəmədik və ordumuza güvəndik. Eyni zamanda, biz siyasi əlaqələri öyrəndik, bəzi şeylərə kor-koranə etibar etdik. 2018-ci ildən bu günə kimi elə bir hal yoxdur ki, "hökumət pul yoxdur deyib" ordu üçün nəsə etməsin. Bundan söhbət gedə bilməz, belə bir şey ola bilməz. Bəlkə orduya güvənmək bizim ən böyük səhvimiz idi?", - deyə Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top