Yunanıstanda miqrant qayığı batdı: 78 nəfər ölüb - Video


Yunanıstanın Peloponnes yarımadası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığının aşması nəticəsində 78 nəfər həyatını itirib, 100-dən çox insan xilas edilib.
Yeniavaz.com
Yunanıstan mətbuatına istinadən xəbər verir ki, qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisi Peloponnes adasındakı Navarin qalası sahillərində naməlum səbəbdən aşıb.
Xilas edilən miqrantların Kalamata limanına aparıldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Məlumata görə, Liviyanın şərqindəki Tobruk bölgəsindən İtaliya istiqamətində üzən qayıqda 700-ə yaxın miqrant olub.
Sözügedən şəxslərin Suriya, Fələstin, Əfqanıstan və Pakistan vətəndaşları olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top