"Ukraynadakı xüsusi hərbi əməliyyatın statusu dəyişməyəcək" - Kreml

paşinyanın rusiya ilə müttəfiqlik barədə dediklərinə kremldən reaksiya
"Xüsusi hərbi əməliyyatın (SVO) statusunun dəyişdirilməsi nəzərdə tutulmur, SVO davam edir".
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müharibənin statusunun dəyişdirilməsi planlarının olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
"Xeyr, xüsusi əməliyyat davam edir, SVO olaraq qalır və davam edir. Bu, həm də insan haqları ilə bağlı xüsusi əməliyyatdır. Doğrudan da, biz əvvəldən əməliyyatın əsas məqsədlərindən birinin Donbass əhalisinin hüquqlarını, yaşamaq hüquqlarını qorumaq olduğunu söylədik", - Kreml sözçüsü bildirib.
Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı "sanitariya zonası" ilə bağlı dediklərinə də aydınlıq gətirib:
"Kiyev sosial obyektləri və mülki insanları atəşə tutmaqda davam edir, çünki Qərbdən getdikcə daha çox uzaqmənzilli silahlar alır, Moskva hərbi infrastrukturunu təhlükəsiz məsafələrə köçürməli olacaq".
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib və bir sıra yaşayış məntəqələrini işğal edib. Son günlər hər iki tərəf Ukraynanın əks-hücuma keçdiyini təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin bir neçə kəndi azad etdiyi, rus qoşunlarının müxtəlif istiqamətlərdə geri çəkildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top