
Audiovizual Şura "Neftçi TV"yə yayım lisenziyası verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şuranın iclasında qərar qəbul olunub.
Bildirilib ki, keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV") və "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub:
“Həmçinin, Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib”.
Tətbiqimizi yükləyə bilərsiniz