5 ayda yaşayış evlərinin tikintisinə 328 milyon manat xərclənib


Bu ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çox vəsait yönəldilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 18,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 faiz artıb.
İstifadə olunan vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 97,8 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 35,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.


 

DİGƏR XƏBƏRLƏR

Top