Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı


Bu ilin yanvar-may aylarında ölkədə 49 milyard 580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4 faiz artıb.
ÜDM istehsalının 45,5 faizi sənaye, 9,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 890,6 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top