Krivoy Roqda ölənlərin sayı 10 nəfərə çatdı - Yenilənib


Rusiyanın Krivoy Roqa gecə saatlarında raket zərbəsi endirməsi nəticəsində 10 nəfər ölüb, 28 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb.
Onun sözlərinə görə, bir nəfər dağıntılar altındadır, xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta, ağır və çox ağır olaraq qiymətləndirilir.
Xilasetmə əməliyyatı davam edir.


***10:20
Rusiya iyunun 13-nə keçən gecə Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi endirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Lısak bildirib ki, hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Dağıntılar altında hələ də insanların olduğu deyilir.

DİGƏR XƏBƏRLƏR

Top