
"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Yeniavaz.com klubdan verilən məlumata istinadən xəbər verir ki, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.
52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Komandanın sükanı arxasına Azər Məmmədovun gətirələcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz