Azərbaycanda daha bir siyasi partiya ləğv olundu – Tam siyahı


Azərbaycanda daha bir siyasi partiya fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, Milli Həmrəylik Partiyası iyunun 9-da fəaliyyətini dayandırıb.
Qeyd edək ki, partiya 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılıb. 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən partiyanın sədri Əlisahib Hüseynov olub.
Bildirək ki, bu ilin əvvəlindən etibarən Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 23-ə çatıb. Belə ki, daha əvvəl Azərbaycan Vətənpərvərlər Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Demokrat-İdrak Partiyası, Milli Konqres Partiyası, Qorqud Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır.
Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası
– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası
Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

 Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top