"Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə edilib".
Yeniavaz.com "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə danışıb.
"Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Ümid edirəm ki, konkret həll yolları tapa biləcəyik", - Paşinyan bildirib.
Rusiya Nazirlər Kabinetinin rəhbəri öz növbəsində əlavə edib ki, yeni infrastruktur marşrutlarının yaradılması ümumilikdə regionun bütün dövlətlərinin maraqlarına cavab verir.