Mingəçevirdə məktəblilərə narkomaniyanın zərərlərindən danışılıb


Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə 12 saylı tam orta məktəbdə "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda maarifləndirici tədbir keçirib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra tədbirdə çıxış edən rəis zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıb. Polis rəisi narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirib. Bu mövzuda  keçirilən tədbirdə çıxış edən polis əməkdaşları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırıblar.
Narkomübarizə qurupunun rəhbəri Emir Cavadov  narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici çıxış edərək və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırıb.
Maarifləndirici tədbirdə məktəbin direktoru Sevda İsmayılova və təhsil sektorunun metodisti Gündüz Abbasov da iştirak edib.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırılıb.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top