Roma Papası bu gün əməliyyat olunacaq


Roma Papası Fransisk bu gün – iyunun 7-də günortadan sonra Romanın Gemelli xəstəxanasında qarnından əməliyyat olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Bildirilib ki, onun yırtıq əməliyyatından sağalmaq üçün bir neçə gün xəstəxanada qalması gözlənilir.
Vatikanın sözçüsü Matteo Bruni əlavə edib ki, yırtıq təkrarlanan, ağrılı və pisləşən simptomlara səbəb olur.
86 yaşlı Roma Papası son illərdə bir sıra sağlamlıq problemləri ilə üzləşib və davamlı diz xəstəliyinə görə dəyənək və əlil arabasından istifadə edir.
Vatikan açıqlamasında bildirib ki, papanın həkim qrupu son günlərdə əməliyyata ehtiyac olduğuna qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top