Toni Adams "Qəbələ"ni təbrik etdi - Foto


İngiltərə millisinin və "Arsenal" klubunun sabiq oyunçusu Toni Adams "Qəbələ"ni Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idmançı sosial şəbəkə hesabında paylaşım edib.
""Qəbələ"ni Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edirəm. Fariz Nəcəfov, əla iş gördünüz. Bəzi akademiya oyunçularını gördüm", - Adams bildirib.
Xatırladaq ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək "Qəbələ"də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top