
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il prezident seçkilərində namizəd kimi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq sənəd ABŞ Seçki Komissiyasının saytında dərc edilib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Sabiq Prezident Donald Tramp 2022-ci ilin noyabrında prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti Co Bayden də aprel ayında rəsmi olaraq "başladığı işi başa çatdırmaq" üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü elan edib. O, yenidən seçilməyi bacarsa, ikinci prezidentlik müddətinin əvvəlində 82 yaşı tamam olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz