Priqojinlə Kadirov barışıb


“Vaqner” özəl hərbi təşkilatının təsisçisi Yevgeni Priqojin çeçen siyasətçiləri və hərbçiləri ilə aralarında olan münaqişənin həll olunduğunu bildirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Vaqner”in mətbuat xidməti məlumat yayıb.
“Ramzan həmin gün mənə zəng etdi. Onunla danışdıq və razılaşdıq ki, bütün bu polemikanı dayandırırıq”, - deyə o bildirib.
Eyni zamanda, Priqojin ona ünvanlanan bəyanatları təxribat xarakterli adlandırıb, lakin qeyd edib ki, millətlərarası münaqişənin qarşısını almaq üçün onlara cavab verməmək qərarına gəlib.
“Biz meydanda qarşıdurmadan başlayaraq istənilən münaqişə səviyyəsinə asanlıqla gələ bilərdik və inanın ki, “Axmat”la “Vaqner”in qarşıdurmasında qalib bəlli olardı, amma çoxlu qan tökülərdi. Üstəlik, heç kim “Axmat” haqqında təhqiramiz söz deməyib”, – Priqojin qeyd edib.
O, hərbi rəhbərliyin cinayətləri ilə bağlı təhlükəsizlik orqanlarına şikayət ərizəsi təqdim etdikdən sonra ona qarşı açıqlamalar verildiyinə də diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top