
“Moskva Ukrayna münaqişəsində İrəvanın mövqeyini nəzərə alır, lakin Ermənistanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam edir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmasında müəyyən nüanslar var, biz onları nəzərə alırıq. Əlbəttə, biz Ermənistanla konseptual müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edirik”, - Peskov bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, ölkəsi Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyil.
Tətbiqimizi yükləyə bilərsiniz