
Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilir ki, beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard dollar və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard dollara enib.
Mayın 19-na olan məlumata görə, ehtiyatların həcmi 589,3 milyard dollar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz