
“Ukrayna bu yay hücuma hazırlaşır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Biz hərbi texnikanın təhvil verilməsini, Ukraynaya müdafiə sistemlərinin tədarükünü yay aylarında, o cümlədən çox yaxın gələcəkdə davam etdirmək niyyətindəyik”, - deyə o bildirib.
Xatırladaq ki, 29 mayda Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtı barədə qərar qəbul edildiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz