NATO Kosovoya daha 700 hərbçi göndərir


“NATO Kosovoya 700 hərbçi göndərəcək və lazım gələrsə batalyon hazırlayacaq”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Kosovodakı hərbi blokun qüvvələri region əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.
“Biz bütün tədbirləri görəcəyik ki, Kosovodakı NATO qüvvələri öz mandatlarını yerinə yetirmək üçün bütün qüvvələrə və imkanlara malik olsunlar”, - deyə Stoltenberq bildirib.
NATO-nun baş katibi Kosovoda etirazçı serblərlə toqquşmada alyansın 30 hərbçisinin yaralandığı barədə məlumatı təsdiqləyib. O, NATO hərbçilərinə qarşı hücumları qəbuledilməz adlandırıb və onları dayandırmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top