Çavuşoğlu və Blinken arasında danışıqlar oldu


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında çərşənbə axşamı telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Söhbət zamanı İsveçin NATO-ya daxil olması prosesi və taxıl müqaviləsi müzakirə edilib.

“Dövlət katibi Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Danışıqlar zamanı Türkiyə və ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya daxil olması prosesi və İstanbul Taxıl Sazişi müzakirə edilib.”, - mənbə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top