İsrail prezidentinin qarşılanma mərasimi olub - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsrail Prezidenti İshaq Hersoq və Mixal Hersoqu qarşılayıb.
Yeniavaz.com
xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.
İsrail və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və İsrail Prezidenti İshaq Hersoq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İsrail Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshaq Hersoqun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.


***10:26

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***08:56

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana gəlir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü Tvitter hesabında yazıb.
“İsrail prezidenti mühüm dövlət səfəri üçün şiə müsəlman ölkəsi Azərbaycana yola düşür. Prezident İlham Əliyevə səmimi dəvətə görə təşəkkür edirəm. Azərbaycan əsas ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və problemləri də bölüşürük”, - deyə İ. Hersoq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top