"Ərdoğanın Bəşər Əsədlə hələlik danışıqlar aparmaq planı yoxdur"


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədlə hələlik danışıqlar aparmaq planı yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın “A Haber” telekanalının efirində deyib.
"Hələlik belə bir görüşün keçiriləcəyi tarix yoxdur. Yaxın gələcəkdə belə danışıqlar planlaşdırılmır. Fakt budur ki, ilk növbədə onlara zəmin yaratmaq lazımdır. Atılacaq addımlara baxmaq lazımdır. Müdafiə, xarici işlər nazirlərimiz, kəşfiyyat rəislərimiz əvvəlcə görüşlər keçirməli, bu cür danışıqlar üçün zəmin hazırlamalıdır", - deyə Kalın bildirib.

DİGƏR XƏBƏRLƏR

Top