
İspaniyanın Baş naziri Pedro Sançes parlamenti buraxmaq qərarına gəldiyini bildirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, iyulun 23-nə növbədənkənar seçkilər təyin ediləcəyini deyib.
“Parlamentin (Cortes Generales) buraxılması üçün axşam Nazirlər Şurası iclasının çağırılması barədə qərar ilə bağlı dövlət başçısına (Kral VI Filippə) məlumat verdim”, - o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz