
Serbiyada hakim Serb Tərəqqi Partiyasının İdarə Heyəti sədri, ölkə Prezidenti Aleksandr Vuçiçin istefasını qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, Vuçiçin yerinə müdafiə naziri Miloş Vuçeviç partiyanın yeni sədri seçilib.
***16:45

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin hakim partiyası olan Serb Tərəqqi Partiyasının rəhbəri vəzifəsindən istefa verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Vuçiç hərəkatın Kraquyevaç şəhərində keçirilən qurultayında bildirib.
Xatırladaq ki, Serb Tərəqqi Partiyası 2008-ci ildə qurulub.
Tətbiqimizi yükləyə bilərsiniz