Ermənistan Türkiyə ilə sərhəddə gömrük postu layihəsi sifariş etdi


Mayın 25-də Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) Ermənistan-Türkiyə sərhədində "Marqara" gömrük-keçid məntəqəsinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün "Arbak and Sons" MMC ilə müqavilə imzalayıb.
Yeniavaz.com
Hetq.am-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 28 milyon 291 min dramdır (253 544 manat).
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, tikinti işlərinin, o cümlədən texniki və müəllif nəzarəti, layihə ekspertizası da daxil olmaqla zəruri avadanlıq və əmlakın dəyəri 732 milyon 805 min dram (6 637 431 manat) təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top