“ABŞ Məxfi Xidməti evimi gülləkeçirməz edir” - Bayden


ABŞ Məxfi Xidməti Prezident Co Baydenin evini gülləkeçirməz hala gətirmək üçün çalışır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baydenin özü ötən gün Vaşinqtondan Kemp Deviddəki (Merilend) iqamətgahına uçmazdan əvvəl jurnalistlərə bildirib.
"Kemp Devidə getməyimin səbəbi odur ki, Məxfi Xidmət (United States Secret Service - USSS) indi mənim evim üzərində işləyir, evi gülləkeçirməz edir. Ona görə də evə getməyə heç bir yol yoxdur. Onlar dedilər ki, mən saat beşdən sonra geri qayıda bilməyəcəm. Beləliklə, mən Kemp Devidə gedirəm, çünki nəvəmin məzuniyyəti bazar günüdür, bu, onun məzuniyyətinə gələ biləcəyim ən yaxın gün olacaq”, -  deyə Bayden bildirib.
Amerika lideri hansı evdən danışdığını açıqlamayıb. Bayden tez-tez həftə sonlarını ailəsinin bir neçə evinin yerləşdiyi Delaverdə keçirir.
Aprel ayında Bayden, Məxfi Xidmətin Delaver ştatının Uilminqton şəhərindəki evində güllə keçirməyən pəncərələr quraşdıracağını açıqlamışdı.
Qeyd edək ki, ABŞ Məxfi Xidməti dövlət rəhbərlərinin təhlükəsizliyinə cavabdehdir.

DİGƏR XƏBƏRLƏR

Top