Moldovada fövqəladə vəziyyət rejimi 60 gün uzadıldı


Moldova parlamenti Ukraynadakı vəziyyət fonunda ölkənin təhlükəsizliyinə təhdidlər səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb.
“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət 4 iyun 2023-cü il tarixindən etibarən 60 günlük müddətə uzadılıb”, - deyə məlumatda bildirilib.
Moldovalı deputatlar çıxışları zamanı qeyd ediblər ki, ölkələrinə qarşı Rusiya təhdidi davam edir: 
“Fövqəladə vəziyyətin müddətinin uzadılması həm də ona görə lazımdır ki, biz sabitliyi pozmaq məqsədi ilə Rusiya tərəfindən bizə qarşı hibrid müharibənin elementləri ilə üzləşirik”.

DİGƏR XƏBƏRLƏR

Top