
Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin ölkədəki bəzi ruslara məhdudiyyətlər qoymamasını tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
“Rusiyadan kütləvi şəkildə gələnlərə, xüsusən səhiyyə, təhsil kimi sahələrdə fəaliyyətlərinə, yaxud daşınmaz əmlak əldə edərək müəyyən olunmuş vergiləri ödəməyənlərə qarşı niyə heç bir tədbirin və hüquqi tənzimləmənin aparılmadığı aydın deyil” – deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Salome Zurabişvili Rusiyaya birbaşa uçuşları bərpa etdiyinə görə bəzi dövlət qurumlarını tənqid etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz