
Rusiya ordusu Ukraynanın Dnepr şəhərində yerləşən tibb müəssisəsinə raket zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdəki səhifəsində məlumat verib.
O bildirib ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisənin nəticələrinin aradan qaldırılması və xəsarət alanların yerindəcə xilas edilməsi işləri aparılır.