“İyunun 1-i sülh müqaviləsi imzalana bilər” - Səfir


Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalana bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva danışıb.
Səfir bildirib ki, Avropa Siyasi Birliyinin (CPE) iyunun 1-də Moldovada keçiriləcək növbəti iclasında yeni potensial həlledici müzakirələr aparılacaq, bunun nəticəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
"Biz ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh sazişi imzalanacaq. Bu, tarixi bir məqamdır və qaçırılmaması lazım olan bir impulsdu", - Leyla Abdulayeva Parisdə jurnalistlərə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top