"Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər" - Kreml


“Dünən prezident Putin, (Azərbaycan prezidenti İlham) Əliyev və (Ermənistanın baş naziri Nikol) Paşinyan razılığa gəliblər və baş nazirin müavinləri Moskvaya toplaşaraq, məsələləri “bitirəcəklər””.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
“Dövlət başçılarının bunun necə həll olunacağı ilə bağlı anlaşması var. İş səviyyəsində heç bir süni maneə yaradılmamalıdır. Burada heç kim vaxtın dalınca getmir. İndi şərait bir çox cəhətdən dəyişib – konseptual olaraq bu dəyişmiş şərait yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına nail olmağa imkan verir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

DİGƏR XƏBƏRLƏR

Top