Sinan Oğan Kılıçdaroğludan vəzifə istəyib - Yavaş açıqladı


Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana dəstək verəcəyini açıqlayan ATA alyansının sabiq namizədi Sinan Oğan ötən gün TRT-yə müsahibəsində “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlundan onu dəstəkləmək müqabilində heç nə istəmədiyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş S. Oğanın dediklərini təkzib edib.
“Xeyr, Sinan Oğan, cənab Kamal Kılıçdaroğludan vəzifə istəmisiniz. Siz də dediniz ki, məni dəstəkləyən kütləni razı salmaq üçün bunun ictimaiyyətə açıqlanması lazımdır, əks halda inandıra bilmərəm. “Cumhur” alyansından xahişiniz olduğunu eşitmədik. İndi, görəsən, sizi dəstəkləyən kütləni necə razı salacaqsınız?”, - M. Yavaş Tvitter hesabında yazıb.
Qeyd edək ki, S. Oğan Ərdoğanı dəstəkləyəcəyini açıqlamamışdan əvvəl Kamal Kılıçdaroğlu ilə də görüşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top