II Elizabeti ABŞ-da öldürmək istəyiblər - FTB sənədləri


Ötən il rəhmətə gedən Böyük Britaniya kraliçası II Elizabetə qarşı 1983-cü ildə ABŞ-a səfəri zamanı sui-qəsd planlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu, bu həftə Federal Təhqiqatlar Bürosunun (FTB) məxfiliyi ləğv edilmiş sənədlərində ortaya çıxıb.
Sənədlər göstərir ki, FTB-nin qarşısına çıxan bəzi təhdidlər İrlandiya Respublika Ordusundan (IRA) gəlib.
Təhdidlərdən biri haqqında məlumat 4 fevral 1983-cü ildə San-Fransiskodan gəlib. Ondan təxminən bir ay sonra kraliça Elizabet və onun həyat yoldaşı şahzadə Filippin ora səfəri gözlənilib.
Şəhərdəki İrlandiya pabına tez-tez gələn polis əməkdaşı FTB-yə bildirib ki, orada tanış olduğu irlandiyalı ona Şimali İrlandiyada rezin güllə ilə öldürülən qızının qisasını almaq üçün kraliçanı öldürmək istədiyini deyib.
"O, kraliça Elizabeti ya Qızıl qapı körpüsündən keçən "Britannia" yaxtasının üstünə nəsə atmaqla, ya da Yosemit Milli Parkına səfəri zamanı öldürmək istəyirdi", - sənəddə deyilir.
Bu təhlükəyə görə Britaniya kəşfiyyat xidmətləri kral yaxtasının keçidi müddətində Qızıl qapı körpüsünü piyadaların keçidi üçün bağlayıb.
Yosemit Milli Parkında hansı tədbirlərin görüldüyü sənəddə deyilmir, ancaq kraliça ora da baş çəkib.
Onu öldürməklə hədələyən şəxsin tutulması ilə bağlı da məlumat yoxdur.
Qeyd edək ki, Elizabetin yoldaşının əmisi lord Mauntbatten, 1979-cu ildə İrlandiyada IRA silahlısı tərəfindən yaxtasında qətlə yetirlib.

DİGƏR XƏBƏRLƏR

Top