Sinan Oğan: "İlham Əliyev mənə zəng etməyib" - Video


Türkiyədə prezident seçkilərinin birinci turunda “ATA İttifaqı”ndan namizəd olmuş Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin guya ona zəng etməsi barədə iddialara münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə ötən gün “TRT”yə müsahibəsində danışıb.
“İlham Əliyev mənə zəng etməyib. Əliyevdən mənə mesaj gəlməyib. Əliyevin belə bir şey edəcəyini də heç vaxt düşünməmişəm. Bu, bizim turançı ruhumuzun təbii ənənəsidir. Qəlbən bağlılıq başqa bir şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”, - deyə Sinan Oğan bildirib.
O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib:
“Deyirlər ki, mənim neft quyularım var. Seçki avtobusumuzun yanacağı bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi dedi ki, mən ödənişsiz verirəm. İcarəyə götürdüyümüz avtobusumuzla belə səyahət edə bilmirdik. Bu iddialardan əl çəkin. Məhkəməm varsa sənədləri qabağıma gətir”.

DİGƏR XƏBƏRLƏR

Top