Hansı ölkəyə nə qədər qızıl satırıq və neçəyə? – Rəsmi məlumat


Bu ilin ilk rübü ərzində Azərbaycan ümumi dəyəri 25 milyon 690,4 min dollar olan 427,37 kiloqram emal olunmamış qızıl ixrac edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qızıl ixracı yalnız bir ölkəyə - İsveçrəyə olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan qızılın 1 qramının gömrük dəyəri 60,1 dollar olub.
Müqayisə üçün bildirək ki, ötən il ərzində Azərbaycan xaricə 185 milyon 249,7 min dollar dəyərində 5 min 482,68 kiloqram qızıl ixrac edib. Bir qram qızılın gömrük dəyəri ötən il builkindən təxminən 2 dəfə az – 33,8 dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top