Moskvada üçtərəfli görüş olub - Yenilənib


Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***23:30
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.
Yeniavaz.com xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunur.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirib.
Qeyd edək ki, üçtərəfli danışıqlar Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top