
"Moskvada keçiriləcək üçtərəfli görüşün yekunlarına görə iki sənədin imzalanması planlaşdırılır".
Yeniavaz.com "Kommersant"a istinadən xəbər verir ki, sənədlərdən biri nəqliyyat kommunikasiyalarına aid, ikincisi liderlərin sayca beşinci bəyanatı olacaq.
Nəşr qeyd edir ki, bu sənədlər mayın 24-də razılaşdırılıb. Birinci sənədi baş nazirin müavinləri, ikinci sənədi üç ölkənin xarici işlər nazirlikləri hazırlayıblar.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz