"Ərdoğanın partiyası iqtisadi planla bağlı fikir ayrılığına düşüb" - Reuters

"isveçin nato üzvlüyünə müsbət baxa bilmərik" - ərdoğan
Türkiyədə prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış, Rəcəb Tayyip Erdoğanın hökuməti ikiyə yerə bölünüb, bəziləri indiki iqtisadi proqrama sadiq qalmaq, bəziləri isə ondan imtina etmək istəyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Reuters" doqquz mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hakim partiyanın üzvlərindən ibarət qeyri-rəsmi qrup son həftələrdə faiz dərəcələrinin tədricən artırılması ilə bağlı yeni siyasətin və məqsədyönlü kredit proqramının necə qəbul edilə biləcəyini müzakirə etmək üçün bir araya gəlib.
Adının çəkilməsini istəməyən dörd mənbə bildirib ki, Ərdoğan birbaşa olaraq AKP-nin (Ədalət və İnkişaf Partiyası) administrasiyada olmayan, lakin keçmişdə yüksək vəzifələr tutmuş bəzi üzvlərinin də olduğu danışıqlarda iştirak etmir.
Bəzi analitiklər bildirirlər ki, hökumət hazırkı iqtisadi modeli dəyişməsə Türkiyə bu il daha bir böhranla üzləşə bilər.
"Onlar yeni iqtisadi model axtarırlar... çünki mövcud model dayanıqlı ola bilməz", - deyə yüksək vəzifəli məmur bildirib. O bildirib ki, qrup hələ tam planı Ərdoğana təqdim etməyib.
Nəşr qeyd edib ki, Ərdoğanın ofisindən şərh almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top