Paşinyan Moskvaya getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Moskvaya işgüzar səfərə gediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçiriləcək növbəti iclasında iştirak edəcəyi barədə məlumat yayılmışdı.
İşgüzar səfər çərçivəsində Ermənistanın Baş naziri Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli danışıqlar da nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top