ABŞ bu günə nəzərdə tutulan üçtərəfli görüşə münasibət bildirdi


“Tərəflərin özlərinin müzakirələri davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Katib Blinkenin keçən həftə açıqladığı kimi, əmin olduğumuzu bir daha bildiririk ki, sülh əldə edilə bilər, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır və biz tərəfləri bu səydə, o cümlədən onlarla birbaşa əlaqə yaratmaqla dəstəkləməyə davam edəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən gün keçirilən ənənəvi brifinqdə deyib.
O bu gün Moskvada keçiriləcək üçtərəfli görüşə də münasibət bildirib:
“Bu barədə deyim, biz tərəflər arasında birbaşa danışıqların tərəfdarıyıq. Biz inanırıq ki, birbaşa danışıqlar son qalıcı qətnaməyə nail olmaq üçün vacibdir, əgər hər iki tərəf fikir ayrılıqlarını aradan qaldırmaq üçün razılığa gələ bilsələr, bunun əlçatan olacağına inanırıq. Və biz bu danışıqları dəstəkləyirik, istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində. Əsas odur ki, bu iki tərəf bir-biri ilə danışmağa davam etsin”.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top