
F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı qərar münaqişənin inkişafından asılı olaraq veriləcək.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
“Bir neçə gün əvvəl ukraynalı pilotlar üçün təlimlərin başlanması ilə bağlı elanlar verildi. Bunun böyük əhəmiyyəti var, çünki müəyyən mərhələdə təyyarələrin tədarükü variantı olacaq. Ancaq bunun necə və nə vaxt olacağı hələ müəyyənləşdirilməyib. Bu, hadisələrin inkişafından və vəziyyətdən asılı olacaq”, - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz