Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı yaralanıb - KİV


"Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeriy Zalujnı mayın əvvəlində Xerson yaxınlığında Rusiya hərbçilərinin raket zərbəsi nəticəsində yaralanıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə "RİA Novosti" Ukrayna Silahlı Qüvvələrindəki mənbələrindən məlumat alan Rusiya hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən xəbər verir.
Zalujnının qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir. Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı əməliyyat keçirib və xidmətini davam etdirə bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın hərbi müxbiri Andrey Rudenko Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki mənbəyə istinadən Zalujnının vəziyyətinin kritik olması barədə danışıb. O xatırladıb ki, baş komandan mayın 8-də media məkanından yoxa çıxıb. Mayın 19-da isə Zalujnı son bir neçə həftədə ilk dəfə Odessa Hüquq Akademiyasının konfransında çıxış edib.
Mayın 21-də Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, mətbuatda onun xəsarət alması ilə bağlı xəbərlərə baxmayaraq, Zalujnı öz vəzifələrini yerinə yetirməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top