Bu təhsil müəssisələrində boş yerlərə prioritetsiz qəbul aparılacaq


26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.

Bu barədə Yeniavaz.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:

  • Heydər Əliyev adına lisey;
  • T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
  • İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;
  • İ.Əfəndiyev adına elitar gimnaziya;
  • “Ankara məktəbi” məktəb-lisey;
  • 132-134 nömrəli təhsil kompleksi;
  • T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
  • Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
  • Zəngi liseyi.

DİGƏR XƏBƏRLƏR

Top