Aİ-nin bu il Ukraynaya verdiyi raket və mərmilərin həcmi açıqlandı


Avropa İttifaqı (Aİ) bu il Ukraynaya ümumi dəyəri 800 milyon avro olan raket və mərmilər tədarük edib.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib.
O qeyd edib ki, Kiyev 220 min artilleriya mərmisi və 1300 raket qəbul edib.
Borrell blokun 24 ölkəsinin 155 mm-lik artilleriya mərmilərinin istehsalının genişləndirilməsi təşəbbüsünə qoşulduğunu diqqətə çatdırıb. Bunun üçün 1 milyard avro ayrılıb. Bundan əlavə, Aİ artıq Ukraynaya 65 milyard avro dəyərində müxtəlif növ yardımlar göstərib.

DİGƏR XƏBƏRLƏR

Top