
Böyük Britaniya hökuməti beynəlxalq tələbələrin ailə üzvlərini özləri ilə həmin ölkəyə gətirmələrinə icazə verməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Suella Braverman məlumat verib.
"Bu qaydaya, əcnəbi tələbələrin himayəsində olan şəxsləri gətirmək hüququnun aradan qaldırılması, eləcə də əcnəbilərin təhsillərini başa vurana qədər tələbə vizası əvəzinə iş vizası əldə etmələrinin qarşısının alınması daxildir", - deyə qeyd olunub.
Yeni tədbirlərin 2024-cü ilin yanvarından qüvvəyə minməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz