
“Rusiya xüsusi hərbi əməliyyatın köməyi ilə xalqının düşməninin 9 il əvvəl başlatdığı müharibəyə son qoymağa çalışır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət mükafatlarının təqdimetmə mərasimində dövlət başçısı qondarma DXR Səhiyyə Nazirliyinin Respublika Travmatologiya Mərkəzinin şöbə müdiri Yevgeni Jilitsının sözlərinə diqqət çəkib:
“Donbaslı həkim bildirib ki, 9 ildir Donbass orada yaşayan insanlara qarşı hücumları dəf edir, 9 ildir ki, bizim düşmənimiz, xalqımızın düşməni bu insanlara qarşı müharibə aparır. Bizə tez-tez deyirlər və eşidirik ki, Rusiya hansısa müharibəyə başlayıb. Xeyr. Rusiya xüsusi hərbi əməliyyatın köməyi ilə bizə qarşı, xalqımıza qarşı aparılan bu müharibənin qarşısını almağa çalışır ki, hansı ki bir hissəsi tarixi ədalətsizlik ucbatından tarixi rus dövlətinin hüdudlarından kənara çıxdı, lakin bu, onların bizim xalqımız olmasına mane olmadı”, - Putin bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz